“Özlərini cəmiyyətə göstərmək, varlıqlarını yada salmaq, "biz də varıq" demək üçün başqa bir yol fikirləşə bilmirlər. Tapdıqları yol budur, amma görünən odur ki, heç bunu da bacarmırlar”. Vətəninfo.az Trend-ə istinadən məlumat verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Milli Şura və Müsavat Partiyalarının mitinq və yürüş keçirmək istəklərinə münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, bu müxalifət təşkilatları tədbirləri təşkil etməyi, bu və ya digər məqsədlərə yönəlmiş şüarlarını müəyyənləşdirməyi, onu normal səsləndirməyi, qanun çərçivəsində seçiciyə, vətəndaşlara çatdırmağı da bacarmırlar:
“Ona görə də onlar acınacaqlı durumdadırlar. Bakı şəhərində mitinq, piket, kütləvi toplaşma tədbirlərinin həyata keçirilməsi üçün ayrılmış yerlər var və onların sevdiyi stadion var ki, demək olar ki, ayda bir neçə dəfə yığışırlar ora, görüşürlər, söhbətləşirlər, sonra da dağılışırlar”.
B.Muradova əlavə edib ki, bunun Azərbaycanın ictimai-siyasi mühitinə heç bir təsiri yoxdur: “Onlar bununla nə əldə edəcəklərini yalnız özləri bilir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR