"Onlar yaşlanmayacaqlar" nümayiş olunur-Müharibə filmi


Peter Jacksonun hərbi şedevr hesab olunan I Dünya Müharibəsindən bəhs edən "Onlar yaşlanmayacaq" filmi nümayiş olunur.

Miq.az xarici mətbuata istinadla xəbər verir ki, filmin 3 gecə - 7, 17 və 18 dekabrda nümayişi planlaşdırılıb. Artıq filmin ilk nümayişi rezonans doğura bilib.

Ceksonun komandası ibtidai film kameraları ilə böyük uğura imza atıb. Onlar emosionallıqla çəkilmiş filmdə təbii görüntü, rəqəmsal tənzimləmə, sürət və səs effektləri ilə Britaniya hərbi qüvvələrini ekrana təqdim edib.

"Üzüklərin Lordu"nun da rejissoru olan Cekson karyerasını kino texnologiyasının öyrənilməsi və tətbiqi üzrə qurmaqla arxa planı təbii rənglərlə canlandıra və orijinal döyüş səhnələrinin çəkilməsinə nail olub.

"Onlar yaşlanmayacaqlar"  hadisə olmağı bacarıb.

Azadə Yolçu




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az