Papa Kiyevlə Moskva arasında olmağa razılaşdı: - "Vatikana GƏLİN"
Ümumdünya Qədim İnanclılar Birliyinin sədri Leonid Sevastyanov bildirib ki, Roma Papası Fransisk Rusiya və Ukraynanın dövlət başçılarını hərbi münaqişəsi ilə bağlı danışıqlar aparmaq üçün Vatikana dəvət edib.
Publika.az "sputnik.by”-a istinadla xəbər verir ki, Pontifik həmçinin Vatikanda Avropada təhlükəsizlik məsələlərinə dair böyük konfransın keçirilməsini də təklif edib.
Sevastyanov həmçinin hesab edir ki, Roma Papası Fransiskin namizədliyi Ukrayna münaqişəsinin nizamlanmasında moderator kimi Avropa İttifaqı və Rusiya üçün uyğundur: "O, Rusiyanı deyil, mühariəni pisləyib. Bundan əvvəl də neytral mövqe tutub".