Dünən Bakıda intihar hadisəsi baş verib. "Pepsi-Cola Azerbaycan” şirkətinin işçisi yaşadığı evin damında üstünə benzin tökərək özünü yandırıb.
Binəqədi Rayon Polis İdarəsindən bildiriblər ki, hadisə saat 13 radələrində M.Məmmədxan küçəsi 74 ünvanında qeydə alınıb.
1988-ci il təvəllüdlü Ələkbər Zahid oğlu Məmmədov onun qanunsuz ev tikməsi ilə bağlı məhkəmə qərarına etirazını bu cür bildirib. Məlumata görə, onun ev tikdiyi ərazi başqasına məxsusdur.
Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin evi sökmək üçün ağır texnika ilə əraziyə gələn nümayəndələri də hadisə yerində olublar. Ə.Məmmədov müxtəlif yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma0 maddəsi ilə cinayət işi qaldırılıb.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL