Poroşenko Hərbi kabinetin təcili toplantısını çağırdı

Poroşenko Hərbi kabinetin təcili toplantısını çağırdı
Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin təcili toplantısını çağırıb.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbəyə istinadən "İnterfaks-Ukrayna” agentliyi bildirib.
"Günün ikinci yarısında dövlət başçısının iştirakı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin təcili toplantısının keçiriləcəyi gözlənilir”, - agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, toplantının keçirilməsi Donetks vilayətinin Avdeyevka qəsəbəsi ətrafında vəziyyətin kəskinləşməsi ilə bağlıdır.
Qeyd edək ki, son iki gündə Avdeyevka vəziyyət pisləşib. Son məlumatlara görə, Ukrayna ordusu ilə separatçı güclər arasında döyüşlər davam edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az