Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.
Miq.az xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.