Rusiya müğənnisi və Dövlət Dumasının deputatı İosif Kobzon Avropa İttifaqının sanksiyasına baxmayaraq sentyabrın 9-da müalicə üçün Avropa İttifaqına səfər edəcək.
Müğənni bu barədə mətbuata açıqlamanı özü verib.
"Mən Putinə minnətdaram, - deyib Kobzon, - onun bu məsələyə müdaxiləsi sayəsində mənə tibb vizası verilib”.
Hiddət və mərhəmət
7 il bundan əvvəl həkimlər İosif Kobzonda mədəaltı vəzin xərçəngini aşkar etmişdilər.
Bu ilin fevralında Avropa İttifaqının xarici işlər nazirləri ittifaqa səfərləri qadağan edilən Rusiya vətəndaşlarının və Ukrayna separatçılarının siyahısını genişləndirmək barədə qərarı yekdilliklə qəbul etmişdilər. Bu şəxslərə qarşı viza və bank hesabı sanksiyaları qoylub.
Genişləndirilmiş siyahıya İosif Kobzon da daxil edilmişdi. O vaxt Kobzon "qara siyahıya” düşməsi ilə fəxr etdiyini bildirmişdi.
Rusiyanın Xarici İşlər Nazirliyi siyahını əsassız və anlaşılmaz adlandırmışdı.
İyul ayının sonlarında Kobzon ayrı-ayrı xəstə uşaqlara yardım pulu toplamaqdansa, bu vəsaitin Krıma yardım fonduna köçürülməsini təklif etməklə sosial şəbəkələrdə hiddətə səbəb olmuşdu.
Bundan əvvəl Kobzon Avropaya viza almaq üçün Putindən xahiş etdiyini inkar edirdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL