"Qan içində idim, mənə kömək etmədi"

"Ona heç həmkar, rəqib də deyə bilmərəm”.
Dicey Çingiz Mustafayev və anası Zöhrə xanım "Günə baxan” verilişinin qonağı olub.
Vətəninfo.az Oxu.Az-a istinadla xəbər verir ki, axşam.az-ın məlumatına görə, övladının bu yaxınlarda keçirdiyi avtomobil qəzasından danışan Zöhrə xanım bunları deyib:
"Mənim ondan başqa heç kimim yoxdur. Oğluma öz gözüm dəydi. Həmişə deyirdim ki, Allah hamıya Çingiz kimi övlad versin. Oğlum əsəbidir. Avtomobil qəzasından sonra stress keçirib. Bir az özünə gəlsin, Məhərrəmlikdən sonra toyunu etməyi düşünürük”.
Keçirdiyi avtomobil qəzasından söz açan dicey "Qəza vaxtı bütün diceylərdən kömək gördüm. Hamı mənə yardım etdi. Sadəcə, qonşu kanallardan birində çalışan, adını çəkmək istəmədiyim həmkarımdan başqa. Ona heç həmkar, rəqib də deyə bilmərəm. Qəza gecə saat 4-də Sahil metrostansiyasının yaxınlığında olmuşdu. Qolumdan qan axırdı, halım pis idi. Həmin an o dicey gəlib kənardan baxıb, yaxın durmadı. O vəziyyətdə mənə kömək etmədi. İnsanlıq harda qalıb? Düşmən də o anda kömək edərdi” deyə əlavə edib.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az