“Qarabağ“ın ÇL-dəki rəqibi müəyyənləşdi

“Qarabağ“ın ÇL-dəki rəqibi müəyyənləşdi
Bu gün Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü atılıb. 


Miq.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib.

Ardıcıl üçüncü dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” II təsnifat mərhələsində Lüksemburq çempionu "Düdelanj”la qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşünü evdə, cavab matçını isə səfərdə keçirəcək.

Əvvəlcə ən aşağı reytinqli 8 klub 4 cütlük təşkil edib. Bu cütlər və 30 komanda isə II təsnifat mərhələsində qüvvəsini sınayacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 12-13-də və 19-20-də keçiriləcək. 

Çempionlar Liqası – 2016/17

I təsnifat mərhələsi
(28-29 iyun, 5-6 iyul)

TNS (Uels) - "Tre Penne” (San-Marino)
"Valletta” (Malta) - "Torshavn” (Farer adaları)
"Flora” (Estoniya) - "Linkoln” (Cəbəllütariq)
"Santa Koloma” (Andorra) - "Alaskert” (Ermənistan)

II təsnifat mərhələsi
(12-13 və 19-20 iyul)

"Qarabağ” (Azərbaycan) - "Düdelanj” (Lüksemburq)
"Hapoel” (Beyer-Şeva, İsrail) - "Şerif” (Moldova)
"Olimpiya” (Sloveniya) - "Trençin” (Slovakiya)
"Zalsburq” (Avstriya) - "Liepaya” (Latviya)
"Vardar” (Makedoniya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
"Ludoqorets” (Bolqarıstan) - "Mladost” (Monteneqro)
"Dinamo” (Tiflis, Gürcüstan) - 4-cü cütün qalibi
"Jalgiris” (Litva) - "Astana” (Qazaxıstan)
"Skenderbeu” (Albaniya) - "Ferensvaroş” (Macarıstan)
2-ci cütün qalibi - APOEL (Kipr)
"Zrinski” (Bosniya və Herseqovina) - "Legiya” (Polşa)
1-ci cütün qalibi - "Seltik” (Şotlandiya)
BATE (Belarus) - SJK (Finlandiya)
"Rusenborq” (Norveç) - "Norçepinq” (İsveç)
3-cü cütün qalibi - "Srvena Zvezda” (Serbiya)
"Dandalk” (İrlandiya) - "Hafnarfyorfur” (İslandiya)
"Kruzeyders” (Şimali İrlandiya) - "Kopenhagen” (Danimarka)

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az