Qayınanasını döyən gəlinə cinayət işi açıldı – Bakıda

Qayınanasını döyən gəlinə cinayət işi açıldı – Bakıda
Bir müddət öncə Bakı sakini gəlininin onu döyməsi barədə polisə şikayət edib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Xətai rayonu, Neapol küçəsində yaşayan 1960-cı il təvəllüdlü G.İbrahimova gəlini 1986-ci il təvəllüdlü S.İbrahimova tərəfindən döyüldüyünü deyib.
Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən aparılan araşdırmalardan sonra faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.  

Araşdırmalar davam etdirilir.  

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az