Rus əsgərləri Əsədi nəzarətdə saxlayır – YENİ DETALLAR
Suriya prezidenti Bəşər Əsədin həyatı ilə bağlı xəbərlər bir-birini əvəz edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, son məlumatlara görə, rus əsgərləri Dəməşqdə dövlət binaları qarşısında təhlükəsizlik tədbirlərinin gücləndirib.
Bəşər Əsədin özünün isə kimsə ilə görüşməsinə icazə verilmədiyi iddia edilir.
Rəsmi Dəməşq Əsədin səhhəti haqqında yayılan xəbərləri təkzib etsə də, Suriyanın rəsmi xəbər agentliyi olan SANA-da son 5 gündə dövlət başçısına aid heç bir görüntü dərc edilməyib. Bu isə yeni-yeni şayiələrin yaranmasına səbəb olur. Bəzi məlumatlarda Əsədin iflic olduğu, bəzilərində isə mühafizəçisi tərəfindən öldürüldüyü deyilir.
Dünən "Əl-Cəzirə” kanalının aparıcısı Feysal əl-Qasıma istinadən "The Dailysabah” nəşri bildirib ki, Suriya prezidentinin vəziyyəti kritikdir. Jurnalist özünün "Tvitter” hesabında yazıb ki, Əsəd "çarpayıya qandallanıb”, amma komada deyil.
Dünən həmçinin Visamel Hurra adlı qadın jurnalistin Əsədin yatdığı deyilən xəstəxananın səlahiyyətlisi ilə telefon danışığı ortaya çıxıb.
Miq.az