«Rusiya qızıl alışını sürətlə artırıb» – KİV
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Rusiyanın Mərkəzi Bankı (MB) qızıl alışını artırıb. Beynəlxalq Valyuta Fonduna (BVF) istinadla, «Bloomberq»-in verdiyi xəbərə görə, iyul ayında Rusiya MK-ı 26,1 ton qızıl alıb. 2017-ci ilin noyabrından üzübəri bu, rekord göstəricidir. O zaman Rusiya AB-ı 27,37 ton qızıl almışdı.
Bu sövdədən sonra Rusiyanın qızıl-valyuta ehtiyatı 2170 tona çatıb.
Ötən ayın sonunda Rusiyanın qızıl-valyuta ehtiyatı 77,4 milyard ollar həcmində qiymətləndirilib.
«Bloomberq» ehtimal edir ki, Rusiya dollar əldə etməklə yanaşı, eyni zamanda ABŞ aktivlərindən də imtina edir və ABŞ-ın yeni sanksiyalarını gözləyərkən, özünün təhlükəsizliyini təmin etməyə çalışır.
«Strategic Intelligence» nəşrinin redaktoru Cim Rikarde hesab edir ki, Rusiyanın bu addımı «çox müdrik addımdır».
«Rusiya maliyyə müharibəsi vəziyyətindədir. Onlar dollardan imtina edir və qızıla üz tuturlar. Bu, onları dollar aktivlərinin dondurulmasından və sanksiyalardan qoruyacaq» – deyə, Rikarde izah edib.
Miq.az