Rusiya üç aylıq fasilədən sonra Ukraynaya təbii qaz ixracını bərpa edib.
Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Qazprom”un idarə heyətinin sədri Aleksey Miller məlumat verib. O bildirib ki, Ukraynanın "Naftoqaz” şirkəti oktyabrda qaz tədarükü üçün "Qazprom”a 234 milyon dollar ödəniş edib.
Qeyd edək ki, sentyabrın sonlarında Rusiya ilə Ukrayna təbii qazın alğı-satqısının bərpa edilməsi ilə bağlı razılığa gəliblər. Razılaşmaya görə Rusiya satdığı qazın qiymətində endirim edəcək və bu il oktyabrın 1-dən satdığı qazın hər min kubmetrinə görə 234 ABŞ dolları alacaq.
Xatırladaq ki, bu il iyulun 1-də Rusiya min kubmetr təbii qaz üçün Ukraynaya 247 dollar təklif etmişdi. Keçənilki qışda olduğu kimi cari ildə də 100 dollarlıq endirim istəyən Ukrayna isə bu təklifi rədd etmişdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL