Rusiyadan Prezident Əliyevin iradına reaksiya: “Təəccübləndilər...”

Rusiyadan Prezident Əliyevin iradına reaksiya: “Təəccübləndilər...”
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın Kiyevdəki səfirliyə Rusiyanın qəsdən zərbə endirməsi barədə bəyanatından "təəccüblənib”.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən TASS agentliyinin sualına cavab olaraq bildirilib.

Qeyd edilib ki, Azərbaycan tərəfinə bununla bağlı izahat verilib və "təəssüf” ifadə edilib.

Rusiya XİN növbəti dəfə guya səfirliyə dəyən ziyanın Ukraynanın HHM sistemlərinin raketlərinin, xüsusilə "Patriot” raketinin qalıqları ola biləcəyi haqda iddianı da təkrarlayıb.

Xatırladaq ki, Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinə 3 dəfə zərbə endirib. İlk zərbədən sonra Azərbaycan Rusiya ilə təmasa keçərək, koordinatları versə də, bundan sonra daha iki zərbə endirilib.

Rəsmi Bakı bu zərbələrin təsadüfi olduğuna inanmadığını bildirib və Rusiyaya nota verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az