Ruslar Ukraynaya 40 raket atdı

Ruslar Ukraynaya 40 raket atdı
Oktyabrın 31-də səhər saatlarında Ukraynanın hava məkanına 40-a yaxın raket atılıb, ölkənin bir neçə vilayətində partlayışlar törədilib.
Bakupost.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin baş müşaviri Anton Geraşenko bildirib.
Belə ki, Kiyevdə partlayış baş verib və bundan sonra elektrik enerjisi kəsilib.
Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul bildirib ki, bu yaşayış məntəqəsi istiqamətində raket atılıb.
Bundan başqa, Ukraynanın Vinnitsa, Kirovoqrad, Poltava və Kiyev vilayətlərində partlayış olub.
Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov sosial şəbəkə hesabında yazıb: "Xarkov vilayətinin sakinləri sığınacaqdadır. İşğalçılar zərbə endirir. Rusiya hərbçiləri Ukraynanın Xarkov şəhərində həyati vacib obyektləri atəşə tutublar”.
Həmçinin qeyd olunub ki, Ukraynanın Zaporojye şəhərində də partlayışlar törədilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az