Şahzadə ilə xanımının sevgi dolu baxışları
İyunda ailə quran İsveç şahzadəsi Karl Filiplə xanımı, keçmiş model Sofia Hellqvist birlikdə ilk rəsmi səyahətə çıxıblar.
Vətəninfo.az-ın məlumatına görə, Axşam.az
xarici mətbuata istinadən xəbər verir ki, Varmlandı ziyarət edən cütlük
əsl sevgi tablosu sərgiləyib. Karlla Sofiya getdikləri yerlərdə tez-tez
bir-birlərinin gözlərinin içinə baxmaqdan özlərini saxlaya bilməyiblər.
Kral ailəsinin üzvləri onları salamlayan insanlara gülümsəyərək cavab veriblər.
Qeyd
edək ki, 2010-cu ildə tanış olan Karlla Sofiyanın ailə qurmaq istəyi
əvvəlcə kral ailəsi tərəfindən xoş qarşılanmasa da, daha sonra onların
evlənmələrinə icazə verilib.
30 yaşlı Sofiya daha 2004-cü ildə
kişi jurnallarından birinə ilanla verdiyi pozla məşhurdur. Məhz bu
səbəbdən şahzadənin xanımı uzun müddət İsveç mediasının diqqət
mərkəzində saxlanılıb.
Sofiya İngiltərə düşesi Keyt Midltonla müqayisə edilir. Onların hər ikisi müasir dövrün "Zoluşka”ları adlandırılır.
