Türkiyə Respublikasının dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupuna sədrliyi çərçivəsində sentyabrın 3-4-də Ankara şəhərində həmin qrupun üzvü olan və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısı keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Vətəninfo.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
Toplantı zamanı Türkiyənin G20 qrupuna sədrliyi üçün müəyyən etdiyi prioritetlərə uyğun olaraq əmək bazarının inkişaf etdirilməsi və daha inkluziv əmək bazarının təşviq olunması, insan resurslarına sərmayənin artırılması, əmək bazarına dair səmərəli monitorinqin aparılması, iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. məsələlər müzakirə olunacaq.Tədbir çərçivəsində maliyyə nazirləri ilə birgə keçirilməsi nəzərdə tutulan sessiyada əmək gəlirlərinin əhalinin ümumi gəlirlərindəki payı, iqtisadi inkişafın məşğulluğun artmasına təsirinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsinin aparılması da planlaşdırılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL