Şengen vizası ləğv oluna bilər
Avropa ölkələri arasında sərbəst gediş-gəlişə imkan verən Şengen vizası ləğv oluna bilər.
Vətəninfo.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili
işlər naziri Tomas de Maiziere deyib. O, Şengen Sazişinin tərəfdarı
olduğunu, lakin yaranmış vəziyyətdə bu viza növünün təhlükəli olduğunu
bildirib.
Frontex sərhəd agentliyinin açıqlamasına görə, təkcə
bu il ərzində Avropaya 340 min miqrant gəlib. Onların əksəriyyəti
sınıq-salxaq qayıqlarda İtaliya və Yunanıstan sahillərinə çıxıblar.