Ermənistan XİN-i qaynar fəaliyyət illüziyası yaratmağa çalışır
“Münaqişə tərəfləri arasında etimad yoxdursa, Qarabağ nizamlanmasında hər hansı pozitiv irəliləyiş ola bilməz”.
Belə bir açıqlama ilə Ermənistanın əsas müxalif qurumu olan Erməni Milli Konqresinin Xarici əlaqələr komissiyasının sədri Vladimir Karapetyan çıxış edib.
“Etimaddan danışarkən mən əldə olunan anlaşmaların həyata keçirilməsinə hazırlığı və imkanları nəzərdə tuturam. Əgər Azərbaycana münasibətdə anlaşmalara əməl olunacağına inam yoxdursa, Ermənistan nümunəsində əsas problem imkanların yoxluğudur. Serj Sərkisyan ölkədəki vəziyyətə o dərəcədə nəzarət eləmir ki, bundan istifadə edib Qarabağ nizamlanmasına, qarşılıqlı güzəştlərə dair öz baxışlarını və yanaşmalarını cəmiyyətə təqdim eləsin”, - deyə müxalifət təmsilçisi deyib.
Karapetyan Sərkisyanın konstitusiya islahatlarının da baş tutmayacağına əmindir: “Belə şəraitdə o, ciddi proseslərə cəlb oluna bilməz. Bunu təkcə rəqib yox, vasitəçilər də anlayır. Elə buna görə də prosesi aktivləşdirmək üçün xüsusi səylər göstərmirlər. Yaxın vaxtlarda məsələdə ciddi dəyişiklik gözlənilmir, hərgah Ermənistan XİN-i qaynar fəaliyyət illüziyası yaratmağa çalışır”.(Müsavat.com)
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR