Sumqayıtda DƏHŞƏTLİ QƏZA: bir ailə məhv oldu - FOTO

Sumqayıtda DƏHŞƏTLİ QƏZA: bir ailə məhv oldu - FOTO

Ötən gecə Bakı-Quba  yolunun Sumqayıtın  Yaşma yaşayış massivindən keçən hissəsində  ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Miq.az lent.az-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə  etdiyi  "Hyundai Elantra" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib. 

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım  Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını  xilas etmək mümkün olmayıb.
Ailənin iki azyaşlı övladı var.
 
Faktla bağlı araşdırma  aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az