Tahir Kərimli: “Deputat olanda sərt də, yalvarışla da demişəm ki, bunu xalqa etməyin, amma təsiri yoxdur...”

Tahir Kərimli: “Deputat olanda sərt də, yalvarışla da demişəm ki, bunu xalqa etməyin, amma təsiri yoxdur...”

"Azərbaycanda bahalaşma, cərimələrin, vergilərin artırılması, yeni vergi üsullarının tətbiqi ürək ağrıdan böyük məsələyə çevrilib. Artıq elə bir vəziyyətə gəlib ki, nə qədər deyiriksə, nəticə də olmur. Adam istəyir ki, sakit dayana, görək bu, hara kimi gedəcək... Hətta rəvayətlərə görə, qədim dövrlərdə padşah vəzirdən vergiləri nə qədər artırmaq lazım olduğunu soruşanda, vəzir deyirdi ki, vergi nə qədər çox artırılsa, camaat o qədər çox sakitləşir”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

O, gələn ildən bəzi məhsullara vergi tətbiqinin narazılıq yaratdığını bildirib: "Mənə ən çox təsir edən kuryerlərdən aylıq 15 manat vergi tutulması təklifidir. Axı kuryerlərin çörəyi, dolanışığı bu işdən çıxır. Günə beş-on manat qazanırlar. Doğrudur, qazandığından dövlətə vergi verməlisən. Amma gərək bir iş şəraiti yaradıla, sən də işləyib vergi ödəyəsən. Kuryerlərin gecəsi-gündüzü yoxdur... Canlarını dəfələrlə mopedlə, velosipedlə təhlükə altına qoyurlar. Bəziləri də piyada çatdırılma edir. Axı bu adamlar bir tikə çörəyə möhtac insanlardır. Mən deputat olanda sərt də, yalvarışla da demişəm ki, bunu xalqa etməyin, amma təsiri yoxdur. Bilmirəm nə edim”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az