Jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.
Vətəninfo.az xəbər verir ki, bu barədə APA-ya M. İsmayıloğlunun qızı Ayan Sadıqlı məlumat verib. Onun sözlərinə görə, jurnalist dializ üçün bu gün Respublika Klinik Xəstəxanasına yerləşdirilib: "Səhər saatlarında xəstəxanaya yerləşdirdik, dializ qəbul edirdi. Dializin bitməsinə beş dəqiqə qalmış komaya düşdü, həyatını xilas etmək mümkün olmadı”.
A. Sadıqlı əlavə edib ki, M. İsmayıloğlu sabah dəfn olunacaq. Dəfn yeri və vida mərasiminin keçiriləcəyi məkan dəqiqləşdirilir.
Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1982-1984- ci illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1990-cı ilin avqustundan Azərbaycanda ilk azad mətbu orqanlardan olan "Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti”nin baş redaktoru olub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL