Tərtərdə toy karvanında qəza: Ölən var - Foto

Tərtərdə toy karvanında qəza: Ölən var - Foto
Tərtərdə toy karvanında qəza baş verib.
 
APA-nın xəbərinə gərə hadisə Tərtərin "Dörd yol” adlanan ərazisində baş verib.
 
Maşın karvanında hərəkət edən 99 BK 744 dövlət nömrə nişanlı "Mercedes” markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı  "Niva” markalı avtomobillə toqquşub. "Niva” markalı avtomobil Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Dövlət Ekspertiza İdarəsinə, "Mercedes” markalı avtomobil Rüstəmov Şəhriyar Valeh oğluna məxsusdur. Toqquşma nəticəsində "Mercedes”  markalı maşın yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.
 
Ağdam MRX-dan verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.
 
Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. 
 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az