Bu gün Bakıda şahmat üzrə Dünya Kubokunun ilk mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, oktyabrın 4-dək davam edəcək yarışda 45 ölkədən 128 idmançı şahmat tacına iddiaçını müəyyənləşdirəcək.
Mükafat fondu 1,6 milyon dollar olan yarışda Azərbaycan yarışda 6 şahmatçı ilə təmsil olunacaq. İlk mərhələdə Teymur Rəcəbovun daha prinsipial rəqibə qarşı oynayacağını demək olur. Millimizin lideri ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanla üz-üzə gələcək. Görüşdə təmsilçimiz favorit olsa da, rəqibin ciddi müqavimət göstərəcəyi gözlənilir.
Digər idmançılarımızın da debüt matçının asan keçməyəcəyi proqnozlaşdırılır.
Dünya Kuboku
I mərhələ
Teymur Rəcəbov (Azərbaycan) – Samuel Sevyan (ABŞ)
Qədir Hüseynov (Azərbaycan) – Maksim Matlakov (Rusiya)
Eltac Səfərli (Azərbaycan) – Çaba Baloq (Macarıstan)
Li Quanq Liem (Vyetnam) – Vasif Durarbəyli (Azərbaycan)
Rauf Məmmədov (Azərbaycan) – Yevgeni Nayer (Rusiya)
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Pouya İdani (İran)
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL