Tramp və Putin yaxın vaxtlarda görüşə bilər - RƏSMİ

Tramp və Putin yaxın vaxtlarda görüşə bilər - RƏSMİ
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp G20-nin ("Böyük iyirmilik”) iyul ayına planlaşdırılan sammitinə kimi görüşə bilər.

Publika.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
G20 sammiti 2017-ci il 7-8 iyul tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək.
Xatırladaq ki, yanvarın 28-də ABŞ və Rusiya prezidentlər arasında ilk telefon əlaqəsi baş tutub. Kreml telefon danışığının olduqca konstruktiv keçdiyini bildirib. Rəsmi açıqlamaya görə, liderlər regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən terrorizmlə mübarizə sahəsində mümkün əməkdaşlığı müzakirə ediblər.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az