Trampın bu qərarı Ermənistanda fəlakətə səbəb olacaq

Trampın bu qərarı Ermənistanda fəlakətə səbəb olacaq
Ermənilərin ABŞ-dan deportasiyası başlanıb.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın miqrantların qəbulunda məhdudiyyətlərin qoyulması ilə bağlı fərman imzalamasından sonra bu ölkəyə girmək istəyən ermənilər saxlanılıb.

Amerika Erməni Milli Komitəsinin (ANCA) məlumatına görə, ermənilər üçün vəziyyət kritik olaraq qalır.

Ermənistanın "Qraparak” qəzeti isə Avropa ölkələrindən deportasiya olunmuş erməninin dünən axşam İrəvan aeroportuna endiyi haqda məlumat yayıb.

"Miqrasiya siyasətinin kəskinləşməsi ermənilərin ABŞ-dan və Avropa ölkələrindən Ermənistana qayıtmasını sürətləndirəcək. Rusiyada vəziyyət yaxşılaşmasa, oradakı ermənilər də qayıtması istisna deyil. Bu, Ermənistanın böyük böhranla üzləşməsi deməkdir”, - deyə qəzet yazıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az