Türk futbolçu cəzalandırıldı

Türk futbolçu cəzalandırıldı
FİFA "Bayer" (Leverkuzen) klubunun futbolçusu Hakan Çalhanoğlunu cəzalandırıb.
Miq.az qol.az-a istinadən bildirir ki, buna 22 yaşlı futbolçunun "Tabzonspor"a transferi zamanı yol verilən qayda pozuntusu səbəb olub.
17 yaşında olarkən Almaniyanın "Karlsrue" klubunda çıxış edən türkiyəli futbolçu 2011-ci ildə "Trabzonspor"la müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə Çalhanoğlu 2012/2013 mövsümündən Trabzon təmsilçisində çıxış etməli idi. Lakin müqavilənin şərtlərinə əməl etməyən H.Çalhanoğlu "Hamburq"a transfer olunub. 
Bundan sonra hərəkətə keçən "Trabzonspor" klubu FİFA-ya şikayət edib. Məsələ ilə bağlı araşdırma aparan FİFA Hakan Çalhanoğlunu 4 ay müddətinə futboldan kənarlaşdırıb.
Lakin Türkiyə millisinin üzvü cəzadan dərhal sonra İdman Araşdırmalar Məhkəməsinə (CAS) müraciət edib ki, adı çəkilən qurum da məsələ ilə bağlı araşdırmanı müvəqqəti olaraq dayandırmaq qərarı verib. Bu isə o deməkdir ki, CAS-ın qərarı açıqlanana qədər Çalhanoğlu futbol oynamağa davam edəcək. Araşdırmaların bir neçə ay davam edəcəyi gözlənilir. 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az