Milli Məclisin qarşıdan gələn payız sessiyasında "Yuvenal ədliyyə haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər.
Qeyd olunub ki, qanun layihəsi üzrə işlər tamamlanmaq üzrədir. Sənəd hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və layihənin hazırlanmasına beynəlxalq təşkilatların ekspertləri cəlb olunublar.
Bildirilir ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının, xüsusən də uşaq hüquqlarının qorunması üçün müvafiq addımlar atır, parlamentdə Avropa standartlarına cavab verən mütərəqqi qanunlar qəbul olunur və bu qanun da onlardan biri olacaq.
Qeyd olunub ki, "Yuvenal ədliyyə haqqında” qanunun qəbul olunması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası, həmçinin Azərbaycanda mükəmməl yuvenal ədliyyə sisteminin formalaşması üçün irəliyə doğru atılmış addım olacaq və uşaqların hüquqlarının təmin olunmasına xidmət edəcək.
Qeyd edək ki, yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur.
Trend
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL