Nazir müavini deyib ki, Təhsil
Nazirliyi tərəfindən kifayət qədər dərslik çap olunub və yerlərə
paylanılıb: "Hansısa səbəbdən hər hansı bir məktəbdə dərslik problemi
olsa belə, vətəndaşlar özləri dərslik almamalıdır. Çünki kifayət qədər
dərslik ehtiyatı var və məsələ tez bir zamanda öz həllini tapacaq. Yaxud
da hansısa təhsil müəssisəsi məktəb direktoruna dərsliklərin alınması
üçün tövsiyələr etsə, bu barədə Təhsil Nazirliyinə müraciət edilməlidir.
Çünki bununla bağlı çox ciddi tədbirlər görüləcək".
"Bəzən
elə vətəndaşlar deyir ki, bu yeni dəsrlik deyil və mən bunu götürmürəm.
Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycanda təsdiq olunmuş dövlət
standartlarına uyğun olaraq, dərsliklərin istifadə müddəti 4 ildir. Ona
görə də, biz istisna etmirik ki, siniflər və fənnlərdən asılı olaraq
uşaqlara verilən dərsliklər 1- 2 il, bəzi hallarda hətta 3 il müddətində
istifadə olunan dərsliklıər ola bilər. Lakin hər bir şagird və
valideynin əsas vəzifəsi ondan ibarətdir ki, il ərzində istifadə etdiyi
dərsliyi yüksək səviyyədə saxlasın və ilin sonunda məktəb kitabxanasına
təhvil versin. Çünki növbəti ildə digər şagirdlər də həmin dəsrlikdən
istifadə etməlidir"- deyə nazir müavini fikirlərinə əlavə edib.