Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Naxçıvanda səfərdə olub.
“Report”un məlumatına görə, rusiyalı qonaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovla görüşüb.
Onlar Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra K.İlümjinov ümummilli liderin adını daşıyan muzeyi ziyarət edib. Daha sonra FİDE prezidenti V.Talıbov və A.Rəhimovla birgə “Naxçıvan Open” beynəlxalq şahmat turnirinin bağlanış mərasiminə qatılıb. Qonaq turnirin qalibi Eltac Səfərlini, eləcə də Naxçıvan tarixində ilk beynəlxalq qrossmeyster və beynəlxalq hakim adını alanları təbrik edib. Tədbir zamanı K.İlümjinov V.Talıbovla şahmat da oynayıb.
FİDE prezidentinin Naxçıvan səfəri ilə bağlı öz “twitter” hesabından paylaşdığı şəkilləri təqdim edirik:


Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR