Vladimir Putin 9 azərbaycanlıya Rusiya vətəndaşlığı verib

Vladimir Putin 9 azərbaycanlıya Rusiya vətəndaşlığı verib
Rusiya prezidenti Vladimir Putin 104 nəfərə ölkə vətəndaşlığının verilməsi üçün fərman imzalayıb.

"Report” xəbər verir ki, bu barədə sənəd Hüquqi məlumatlar portalında dərc olunub.
Vətəndaşlıq alanlar arasında 9 azərbaycanlı da var. Fərmana əsasən, Özbəkistan və Moldovadan 16 və 14 nəfər, Ermənistandan 11, Belarus və Tacikistandan isə hərəyə 10 nəfər Rusiya vətəndaşlığı alıb.
Bundan əlavə, Rusiya vətəndaşlığı federasiya ərazisində doğulmuş iki nəfərə də verilib.
Eyni zamanda 3 rusiyalı və bir Litva əsilli şəxs Rusiya vətəndaşlığından xaric edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az