Xamenei səhər yeməyində onlarla görüşüb - Tramp
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı əməliyyatının ilk günündə (28 fevral) İranın ən yüksək vəzifəli 49 liderinin öldürüldüyünü açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Tramp "Foks Nyus”a müsahibəsində bildirib.
Donald Tramp deyib ki, Ayətullah Əli Xamenei hücum günü səhər yeməyində yaxın ətrafı ilə görüşüb.
"Düşünürdük ki, İran rəhbərliyindən qurtulmaq üçün dörd həftə lazım olacaq. Bilirsiniz ki, onlar gizlənsələr, bu, dörd həftədən daha uzun çəkir. Nə baş verdiyini eşidəndə şoka düşdük. Nə baş verdiyinə və harada baş verdiyinə dair dəqiq məlumatımız var idi”, - Tramp əlavə edib.
****
Tramp İrana qarşı əməliyyatın uzadılmasını istisna etməyib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın ilkin olaraq dörd-beş həftə davam edəcəyinin planlaşdırıldığını, lakin zərurət yaranarsa, müddətin uzadıla biləcəyini bildirib.
O, bu barədə Ağ Evdə dövlət mükafatlarının təqdimat mərasimində çıxışı zamanı danışıb.
"Biz artıq proqnozlarımızı xeyli üstələmişik. Əvvəldən dörd-beş həftəlik müddət nəzərdə tutmuşduq. Lakin lazım gələrsə, bundan xeyli uzun müddət davam etdirmək potensialımız var”, – deyə Tramp qeyd edib.
APA