Xameneinin oğlu Ali Lider seçildi

Xameneinin oğlu Ali Lider seçildi
İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei onun varisi seçilib.

"Qafqazinfo” "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ayətullah Hüseynəli Eşkevari məlumat verib.

Eşkevari bildirib ki, Xameneinin adı davam edəcək.

"Səsvermə başa çatıb və tezliklə elan ediləcək”, - deyə o əlavə edib.

Ekspertlər Şurasının katibi Hüseyni Buşehri də məlumatı təsdiq edib.

Qeyd edək ki, İran Ekspertlər Məclisi Ali Rəhbərin varisi ilə bağlı razılığa gəlindiyini açıqlamışdı. Ancaq onun kimliyi barədə məlumat verilməmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az