"Report"un Türkiyə bürosu xəbər verir ki, Dolmabağça sarayında baş tutan görüşdə Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov və David Zalkaliani ikitərəfli və üçtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, hər üç ölkə arasında reallaşan mühüm enerji layihələri, və regional münaqişələr ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov üçtərəfli görüşün regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətinə diqqət çəkib. O, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın regionda sülhə, sabitliyə və əmin-amanlığa xidmət etdiyini bildirib və mehriban qonşuluq siyasətinin Azərbaycanın hədəfi olduğunu vurğulayıb.
Görüşün sonunda Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın inkişafına dair İstanbul bəyannaməsi qəbul olunub.








Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR