Vətəninfo.az xəbər verir ki, Bakıda binada partlayış olub. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altından daha 4 nəfərin xilas edilib. Abşeron Rayon Polis Şöbəsindən alınan məlumatda bildirilir ki, xilas edilən şəxslər – 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı və 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızıdır. məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla əlaqədar Baş prokurorunun 1-ci müavini Rüstəm Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun polis rəisi və prokuroru da hadisə yerindədirlər.






Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR