YAP 2 min üzvünü partiyadan xaric edib - HAKİM PARTİYANIN CİNAYƏT TÖRƏDƏN ÜZVLƏRİNİN SAYI

YAP 2 min üzvünü partiyadan xaric edib - HAKİM PARTİYANIN CİNAYƏT TÖRƏDƏN ÜZVLƏRİNİN SAYI

Yeni Azərbaycan Partiyası 2 mindən artıq üzvü partiya sıralarından xaric edib.

Bu barədə Gununsesi.info– nun   YAP-ın Mərkəzi Aparatından əldə etdiyi özəl məlumatda bildirilir.

Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub.

Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili  üzvlük haqqını ödəməkdən yayınıb. Buna  görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub.

Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az