“Özünü ifadə və natiqlik” mövzusunda TƏLİM

“Özünü ifadə və natiqlik” mövzusunda TƏLİM

YAP Səbail rayon Könüllü Birliyinin təşkilatçılığı ilə "Özünü ifadə və natiqlik” mövzusunda təlim təşkil edilib. 

YAP Səbail rayon təşkilatının əməkdaşı Bəyim Nəbiyeva çıxış edərək, gənclərin inkişafı yönündə olan bu təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib. Daha sonra YAP Səbail rayon Könüllü Birliyinin sədri Rəşad İmanov çıxış edərək Könüllü Birliyinin keçmiş, indiki və gələcək fəaliyyətindən danışıb. Rəşad İmanov bu təlimlər silsiləsinin davam edəcəyini vurğulayaraq, YAP Səbail rayon təşkilatının sədri cənab Şəmsəddin Hacıyevə öz təşəkkürlərini bildirib.

YAP Səbail rayon Könüllü Birliyinin ictimai əlaqələr departamentinin sədri Taleh Mansurov ictimai əlaqələr və ictimai fəaliyyətlə bağlı çıxış edib, təlimin gənclərə verəcəyi töhfələrdən və dövlət siyasətində gənclərin önəmindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə gənclərə yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Daha sonra "ORKHANWAY COACHING" şirkətinin rəhbəri Orxan Şahbaz, gənclərə "Özünü ifadə və Natiqlik" haqqında təlim keçib. Təlimin müddətində Orxan Şahbaz, gənclərə natiqliyin sirlərindən və öznü ifadə qaydalarından bəhs edib, gənclərin sualları cavablandırılıb. 

Sonda YAP Səbail rayon Könüllü Birliyinin Sədri Rəşad İmanov tədbir iştirakçılarına təşəkkürlərini bildirib. İştirakçılara YAP Səbail Könüllü Birliyinə üzv olmaq üçün şərait yaradılıb.

Sonda xatirə şəkili çəkdirilib.

 YAP Səbail rayon Könüllü Birliyinin sədri Rəşad İmanov
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az