Eldar Əzizov meriyanın binasını təmir etdirir: 800 MİN MANATLIQ TENDER

Eldar Əzizov meriyanın binasını təmir etdirir: 800 MİN MANATLIQ TENDER

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC "Cronos” MTK ilə maliyyə dəyəri 788 771 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. 

Müqavilədə Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Cronos” MTK 26 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 28-də yerləşir. MTK-nin qanuni təmsilçisi Əliyev İlham Fərrux oğludur. 

Açıq mənbələrdə "Cronos” MTK və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.

"Cronos” MTK-nın adına 2016-cı ildə vergi borcuna görə ölkədən çıxışına stop qoyulan şirkətlərin siyahısında rast gəlinir.

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-yə gəlincə, qurum 2019-cu ildə yaradılıb. Yəni, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində təyinat aldıqdan sonra. MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur. O, Eldar Əzizovun yaxın adamı hesab edilir. Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı olanda da Abit Əliyev onun yanında idi. Şəhər təsərrüfatı demək olar ki, ona tapşırılmışdı.

Mediada "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC barəsində neqativ materialların sayı-hesabı yoxdur. MMC-nin adı əsasən tender maxinasiyalarında hallanır. 

Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının təmirinə az qala bir milyon ayrılması da müəyyən şübhələr yol açılır. Bina o qədər də yararsız vəziyyətdə deyil. Hətta təmirə ehtiyac olmadığını belə iddia etmək mümkündür. Buna baxmayaraq, Eldar Əzizov tanınmayan bir şirkətə bir milyon manata yaxın vəsait ödəyərək binanın təmir etdirmək istəyir. Bu zərurətin haradan yaranması barədə sualın cavabı açıq qalır.(qaynarinfo.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az