300 min dollar cərimələndi
İddia məbləğinin təxminən 300 min dollar olduğu bildirilir.
Azərbaycan Ali Məhkəməsində Faiq Azayevin müğənni Rəqsanə İsmayılovaya qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Vətəninfo.az-ın report.az-a istinadən xəbərinə görə, Ali Məhkəmə Nizami Rayon Məhkəməsinin aktını qüvvədə saxlayıb.
Rəqsanə İsmayılovanın vəkilləri Xaliq Bağırov və Cavad Cavadov məhkəmə qərarına münasibət bildirməyib.
Qeyd
edək ki, F.Azayev R.İsmayılovanın ona vurduğu maddi ziyanın
ödənilməsini istəyir. Tələb olunan pulun nə qədər olduğu açıqlanmasa da,
təxminən 300 min dollara yaxın vəsaitdən söhbət getdiyi bildirilir.
Nizami
Rayon Məhkəməsi F.Azayevin müğənniyə qarşı iddiasını qismən təmin edib.
Bakı Apellyasiya Məhkəməsi isə rayon məhkəməsinin qərarını dəyişdirib.
Mətbuatda Faiq Azayevlə Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.