“Qarabağ” – “Nant” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” – “Nant” oyununun biletləri satışa çıxarıldı
"Qarabağ"ın Bakıda Fransanın "Nant" komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün biletlər satışa çıxarılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "İticket.az"dan, Ağdam klubunun Park Bulvardakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.

1 şəxsiyyət vəsiqəsi ilə 3 bilet əldə etmək mümkündür.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ" - "Nant" görüşü saat 20:45-də başlayacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az