
Bu keçid dövründə xüsusilə mədəniyyət sahəsində Rəşid Behbudovun, Şövkət Ələkbərovanın xalq artstliyindən Röyanın, Miri Yusifin xalq artistliyinə, Tofiq Quliyevin, Elza İbrahimovanın bəstəkarlığından Elza Seyidcahanın bəstəkarlığına, İsi Məlikzadə, Əli Kərim ədəbiyyatından filankəs "qaraçuxurlu”, beşmənkəs "nasosnu” meyxanasına xoşagəlməz bir keçid etdik. Əbülfəs Qarayev kimi Kukla Teatrından belə korrupsiya cinayəti çıxan Mədəniyyət naziri gördük…
Onun və onun kimilərin fəaliyyətinin, eləcə də bütünlükdə ziyalı biganəliyinin nəticəsidir ki, bu gün "ictimai rəy liderləri” ya aşpaz, səyahət, şou, dedi-qodu bloqerləri, ya da adını "jurnalist”, "bloqer” qoyub çığır-bağırla millətin arasına nifaq, məzhəbçilik, hətta regionçuluq salan – kişi kimi danışan qadınlar və qadın kimi danışan kişilərdir. Kimsə deyə bilər ki, bu, təkcə Azərbaycana aid tendensiya deyil, bütün dünyada zövqlər, tələblər, baxışlar dəyişir. Bəli, elədir. Amma bizim cəmiyyətin böyük hissəsi hələlik o qədər zövqsüz, savadsız, bərbad vəziyyətdə deyil ki, onun "ictimai rəy liderləri” yuxarıda bəhs etdiyimiz "qəhrəmanlar” olsunlar. Sadəcə, meydan bilərəkdən, yaxud bilmədən belələrinin ixtiyarına verilib və bu vəziyyətin yaranmasında maddi təminatlarını digər dəyərlərin üzərinə çıxaran ziyalıların - "kollektiv Anar”-ın məsuliyyəti olduqca yüksəkdir…

Azərbaycan ədəbiyyatının hələ SSRİ-nin ən kəskin dövrlərində Məmməd Araz, Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov və digər çoxsaylı təmsilçiləri olub ki, öz şəxsiyyətlərilə seçiliblər, Azərbaycan insanının səsini, ruhunu, mövqeyini, fikrini, ən yüksək mərtəbələrə və dünyaya çatdırıblar. İndi belə nümunələr nə qədərdir?
Bu günlərdə Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 15-20 il əvvəl də ölkəmizə səfərində Bəxtiyar Vahabzadənin şeirlərini deyirdi, bu gün də onun misralarını deyir. Niyə? Ədəbiyyatımız daha bu cür şairləri, yazıçıları, ideya adamlarını yetişdirə bilmirmi? Bilmirsə, niyə bilmir, yox, bilirsə, niyə onlar üzə çıxarılmır?
Əlbəttə, iddia etmək olmaz ki, ədəbiyyatımızın vəziyyətinin ölçü vahidi məhz bu səfərlərdə deyilən şeirlər olmalıdır. Xeyr. Lakin bunsuz da vəziyyət ortadadır – insanlarımızın inandığı, səmimi olaraq millət, xalq təəssübkeşliyi gördüyü, sözünə, fikrinə, mövqeyinə hörmət etdiyi yazıçılar, şairlər, eləcə də elm və mədəniyyət xadimləri – bir sözlə ziyalılar barmaqla sayılacaq qədər azdır.
Bəli, Anar, əslində, əvvəldə qeyd etdiyimiz mədəniyyətlə bağlı fikirlərində tamamilə haqlıdır. Lakin kənara çəkilib ayda-ildə bir dəfə həqiqətə bənzəyən nəsə deməklə iş bitmir. Hətta sınmış, əqrəbləri dayanmış saat belə, gündə iki dəfə vaxtı düz göstərir.
Odur ki, ziyalılarımızın həqiqətləri daha tez-tez dilə gətirməsi, problemləri və onlardan çıxış yollarını göstərməsi lazımdır. Bunları zamanında etmədiyiniz üçün bu gün mədəniyyətin vəziyyətindən şikayətlənməyə də dəymir, Anar müəllim. Çünki prinsiplər maraqlara qurban veriləndə belə olur…
Elxan Qüdrətoğlu
"AzPolitika.info”
MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
Müəllimlərə PİS XƏBƏR - AÇIQLAMA
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ