Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"

Musa Quliyevdən

Hazırda bir yaş yarımadək uşaqlara 44 manat, bir yaş yarımdan üç yaşadək isə 28 manat ödənilən müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.
O vurğulayıb ki, qanun layihəsinə təklif olunan dəyişiklik "Sosial sığorta haqqında" qanunda 3 yaşınadək uşağa qulluğa görə müavinət təyin edilməsi üçün ən azı 6 aylıq sığorta stajı olması tələbinin müəyyən edilməsi ilə əlaqədar digər qanunlarda uyğunlaşma xarakterli dəyişiklik edilməsini şərtləndirir:
"Layihənin bu istiqaməti ailələrin, ilk növbədə isə kiçik yaşlı uşağı olan valideynlərin sosial müdafiəsinə xidmət edir. Bu günədək qanunvericilikdə istifadə olunan "qismən ödənişli sosial məzuniyyət” anlayışı əvəzinə "uşağa qulluğa görə sosial məzuniyyət” anlayışı tətbiq olunacaq. Bu, sadəcə ad dəyişikliyi deyil. "Qismən ödənişli” ifadəsi məzuniyyətin məqsədini deyil, ödənişin az olmasını önə çəkirdi. Yeni ad isə bu məzuniyyətin məqsədini — uşağın qayğısına qalmaq hüququnu ifadə edir. (APA)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az