Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”

Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəklədiyini bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Toplantısında çıxış edən Türkiyə XİN rəhbəri qeyd edib ki, bu gün dünyada artan böhranlar beynəlxalq forumlarda qeyri-müəyyənliyin güclənməsinə səbəb olur:

"Ümumi çağırışlarımıza birgə həll yolları tapmaq heç vaxt olmadığı qədər vacibdir. Çox ehtiyac duyulan bu çoxtərəfli fəaliyyətin qarşısındakı ən böyük maneə isə beynəlxalq aktorlar arasında etimadın olmamasıdır. Həll yolu kimi regional məsuliyyət və təşəbbüskarlıq prinsipləri əsasında əməkdaşlığı təkmilləşdirməklə qarşılıqlı etimadı gücləndirən dialoq mədəniyyətinin formalaşdırılmasını prioritet hesab edirik. AQEM dialoqu səmərəli əməkdaşlığa çevirməkdə mühüm rol oynaya bilər"./Report


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az