“Kəndlərin inkişafı üçün ayrıca dövlət proqramı qəbul edilməlidir”

“Kəndlərin inkişafı üçün ayrıca dövlət proqramı qəbul edilməlidir”


Milli Məclisin deputatı Razi Nurullayev kəndlərin inkişafı və bölgələrdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramının qəbul edilməsinin vacibliyini bildirib.

Gununesi.info  xəbər verir ki, deputat bu barədə "Gündəm müzakirəsi” verilişində danışıb.

O qeyd edib ki, kəndlərdə yaşayış şəraiti yaxşılaşdırılmalı, iş və qazanc imkanları artırılmalıdır:

"Kəndlərin inkişafı üçün ayrıca dövlət proqramı qəbul edilməli, kənddə yaşamaq insanlar üçün cəlbedici və üstün seçimə çevrilməlidir. Şəhərdə rahat yaşayış, iş, qazanc və asudə vaxtın keçirilməsi üçün şərait var. Kəndlərdə də bu imkanlar yaradılmalıdır. Əks halda, insanların şəhərlərə köçü davam edəcək. Nəticədə kənd təsərrüfatının inkişafı, bu sahədə istehsalın artırılması və qarşıya qoyulan hədəflərə çatmaq çətinləşəcək”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az