"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyi və qarşıda duran mühüm zirvə görüşündən söz açıb.

Miq.az əbər verir ki, dövlət başçısı bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Oktyabrın 30-da, cümə günü ailə məclisimiz kimi gördüyümüz Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə yenə Ankarada ev sahibliyi edəcəyik. İnanıram ki, Türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə birlik və bərabərliklə dayanacağıq” – deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, TDT-nin 13-cü Zirvə Görüşü 29-30 oktyabr tarixlərində Türkiyənin paytaxtı Ankarada keçiriləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az