Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Xəbər verdiyimiz kimi, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə hökm oxunub. "Boz kardinal”a 14 il azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla cəzası şərti hesab edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsi də yer alıb.

Mehdiyev Ramiz Ənvər oğlunun bütün dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi ilə bağlı xüsusi qərar qəbul edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az