"Sənət adamları həmişə deyirlər ki, siyasətin içində deyilik və siyasətlə əlaqəmiz yoxdur. Mən bu hallarla razılaşmıram”.
Vətəninfo.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında xalq artisti Ağadadaş Ağayev bildirib. O, qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı, sənətkar həm də siyasətin içində olmalıdır: "Bu, vətənini, torpağını, millətini, musiqi xəzinəsini dünyaya tanıtdırmaq üçün gözəl bir vasitədir, sənətkarın əlinə düşən bir şansdır. Ona görə də biz siyasətdən kənarda qala bilmərik. Bu günə qədər xalqıma səsimlə, sənətimlə, bacarığımla nə verə bilmişəmsə, vermişəm. Bundan sonra isə siyasətdə ömrüm boyu xalqıma xidmət etməyə hazıram. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Əslində təklif olmalıdır ki, mən namizədliyimi irəli sürüm. Mən özüm haqqımda böyük fikirdə ola bilərəm, amma kənardan necə görünürəm, bilmirəm? Hər dəqiqənin öz hökmü var. Bəlkə də bir-iki il keçdikdən sonra özüm millət vəkilliyinə namizədliyimi irəli sürmək üçün təşəbbüsü göstərəcəm”.
Xalq
artisti Elza Seyidcahanın millət vəkiliyinə namizədəliyini də
dəstəklədi: "Elza xanımın millət vəkilliyinə namizədliyini verməsini
sizdən eşidirəm. Və normal qəbul edirəm. Elza xanım gözəl bəstəkardır,
müğənnidir. Fantaziyası olan yaradıcı bir insandır. Yaşı azdır. Hər bir
vətəndaşın namizədliyini vermək hüququdur və onun da hüququ var. Xalq
etimad göstərərsə, seçilərsə, mən də sevinərəm. Nəinki Elza,
ümumiyyətlə, sənətdə yeeri olan hər bir sənətkar üçün sevinərəm. Əslində
bizi sənətçilər millət vəkiliyik və bütün varlığımızla xalqımıza xidmət
edirik. Hansısa bir sənətçinin də özünü başqa tərəfdən göstərmək imkanı
varsa, bunun əleyhinə deyil, lehinəyəm. Sənət adamları içərisində
universal olanlar da var. Yalnız sənətlə deyil, başqa sahələrdə də
qabiliyyəti olan insanlar var”.