“Kəlbəcərin işğalı Ermənistanın işğalçılıq siyasətini davam etdirəcəyini təsdiqlədi”. Vətəninfo.az xəbər verir ki,bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev Kəlbəcər rayonunun işğal günü ilə bağlı Azərbaycan Hərb Tarix Muzeyində keçirilən tədbir zamanı bildirib. “Ermənistan silahlıq qüvvələri Kəlbəcərin işğal etməklə və dinc insanları qətlə yetirməklə işğalçılıq siyasətlərini davam etdirəcəklərini göstərdilər. Təəssüf ki,o zamankı siyasi vəziyyət və başqa səbəblər buna təsir göstərirdi. Beləki vahid ordumuzun olmaması, siyasi hakimiyyətdə yaşanan xaos işğal prosesini sürətləndirdi. Bundan da istifadə edən düşmən işğalçılıq siyasətini həyata keçirdi”. Millət vəkili bu gün güclü ordumuzun olduğunu qeyd edərək, ordumuzun istənilən zaman torpaqlarımızı azad etməyə qadir olduğunu bildirib. “Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışında bildirib ki,işğal altında qalan torpaqlarımız azad olunacaq. Son günlər düşmənin xeyli sayda itkilər verməsi buna misaldır, bundan sonra da düşmən ordusunun bütün təxribatlarının qarşısı alınacaq”,-deyə millət vəkili qeyd edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR