Ailəsi ilə şantaj olunan Orban anasına zəng vurdu

Ailəsi ilə şantaj olunan Orban anasına zəng vurdu
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Qriqori Omelçenkonun təhdidlərindən sonra anasına zəng edərək narahat olmamasını xahiş edib.

Miq.az Bakupost.az-a istinadən xəbər verir ki, hökumət başçısı həmin telefon danışığını sosial şəbəkə hesabında paylaşıb:

"Salam, ana! Mənim üçün narahat olma, yaxşıyam. Əlbəttə ki, axşamlar, adətən, çox yorğun oluram, çox işləyirəm, ana. Amma narahat olma, hər şeyi mən həll edəcəyəm, bilirsən”.

Xatırladaq ki, sabiq general Omelçenko Orbanın ailəsini, övladlarını və nəvələrini açıq şəkildə hədələyərək, SBU-nun onun harada yatdığına qədər hər addımından xəbərdar olduğunu iddia edib. Buna cavab olaraq Orban "Hər şeyin bir həddi var” deyərək, ailəsinə yönələn bu təhdidləri qəbuledilməz adlandırıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az