Ankara terrorunda ölənlərin sayı 36-ya çatıb

Ankara terrorunda ölənlərin sayı 36-ya çatıb

Ankarada martın 13-də törədilmiş terror aktında yaralananlardan biri xəstəxanada ölüb. 

APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Kızılay meydanında törədilən partlayışda ağır yaralanan və hər iki ayağı amputasiya olunan 23 yaşlı Fəyyaz Aydın müalicə olunduğu Ankara Təhsil və Araşdırma Xəstəxanasında martın 21-də dünyasını dəyişib.
 
Bununla da, terror qurbanlarının sayı 36-ya çatıb.
 
Partlayışda yaralanan 18 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağırdır.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az